28 MAY RESPUBLİKA GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR

25 may 2016-cı il tarixində Astara Heydər Əliyev Mərkəzində 28 May Respublika günü ilə əlaqədar “Tariximizin şanlı səhifəsi” mövzunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açaraq qeyd etmişdir ki, bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Müstəqiliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.

Tədbirdə Astara Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, içtimai-siyasi və mədəni inkşafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, Intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.

Xalqımızın yeni tarixi şəraitdə öz dövlət müstəqillliyini bərpa etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altinda Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkşaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görüldüyünü vurğulamışdır.

Tədbirdə Astara Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov, Astara Tarix-diyarşünaslıq muzeyinin baş fond mühafizi Şahin Əliyev, Astara Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova çıxış etmişlər.