VIII – STEND

Şəkil № 59

Bakı 1 iyun 1996-cı il.

``Qönçə-96`` uşaq musiqi festivalında. Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı.

Şəkil № 60

Naxçıvan 1999-cu il.

Cəlil Məmmədquluzadənin ev-muzeyində.

28 dekabr 1994-cü ildə C.Məmmədquluzadənin 125 illik yubileyi münasibətilə Bakı şəhərində ev muzeyi açılmışdır. Azərbaycan höküməti ev muzeyinin yaradılması haqqında hələ 1978-ci ildə qərar çıxarsada bina 1982-ci ilin əvvəlində boşaldılmış, muzeyin açılışına hazırlıq işlərini həll edici mərhələsi isə 1994-cü ilə təsadüf etmişdir. Muzeydə 3000 mindən çox eksponat vardır.

Şəkil № 61

Bakı 1998-ci il.

Xalq artisləri Fidan və Xuraman Qasımova bacılarının konsertində.

1998-ci il mayın 22-də Respublika sarayında Azərbaycan xalq artistləri Fidan və Xuraman Qasımova bacılarına konserti keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev konsertdən sonra səhnə arxasına gedərək Fidan və Xuraman Qasımovalar, Fərhad Bədəlbəyli, Dövlət Simfonik Orkestrinin rəhbəri və baş drijoru, Respublikanın Xalq artisti Rauf Abdullayevlə görüşmüş, gözəl konsertə görə və onun ünvanına deyilmiş səmimi sözlər üçün təşəkkül etmiş, xatirə şəkli çəkdirmişdir.  

Şəkil № 62

Bakı 4 dekabr 1998-ci il.

Üzeyir Hacıbəyovun ``O olmasın, bu olsun`` musiqili komediyasının yeni quruluşda ilk tamaşasında.

1998-ci il dekabrın 4-də Ş.Qurbanov adına ADMKT-da Ü.Hacıbəyovun “ O olmasın, bu olsun” musiqili komediyasının yeni quruluşda ilk tamaşası göstərilmişdir. Ulu öndər tamaşaya baxmaq üçün MKT-na gəlmişdir. Məşədi İbad rolunu Xalq artisti H.Bağırov oynamışdır. Digər rollarda Xalq artisti A.Bəşirqızı, B.Əliyev, X.Muradov, N.Əliyev və s. çıxış etmişlər. Tamaşadan sonra Heydər Əliyev yaradıcı kollektivin üzvləri ilə səhnə arxasında görüşmüş və gözəl ifalarına görə onları təbrik etmiş və yeni yaradıcılıq uğurları arzulamışdır.  

Şəkil № 63

Bakı 1996-cı il.

Böyükşor qəsəbəsi, 73 saylı orta məktəbin açılışında.

1996-cı il sentyabrın 1-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Bakı , Böyükşor qəsəbəsi , 73 saylı orta məktəbin açılışında iştirak etmiş , müəllim və şagirdlər qarşısında nitq söyləmiş , birinciləri təbrik etmişdir.

Şəkil № 64

Bakı 1 sentyabr 2000-ci il.

Bilik günü münasibətilə Nərimanov rayonu 82 saylı məktəbdə.

2000-ci il sentyabrın 1-də Azərbayca Respublikasının prezidenti Heydər Əliyev yeni tədris ilinin başlanması və bilik günü münasibətilə Bakı, Nərimanov rayon 82 saylı pilot orta məktəbində olmuş , şagird və müəllimlər qarşısında nitq söyləmiş , birinciləri təbrik etmiş , onlara çanta və dərs ləvazimatları hədiyyə etmişdir.

Şəkil № 65

Bakı 2 sentyabr 2002-ci il.

Bilik günü münasibətilə Suraxanı rayonu, 275 saylı məktəbdə.

2002-ci il sentyabrın 2-də  Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev  bilik günü münasibətilə Bakı , Suraxanı rayonu , 275 saylı məktəbdə olmuş , sinif otaqlarını gəzmiş , kompyüter sinfində şagirdlərin dərs prosesi ilə maraqlanmışdır.

Şəkil № 66

Bakı 1 sentyabr.

Bilik günü münasibətilə Bakı məktəblərindən birində.

30. ŞƏHADƏTNAMƏ.

1984-cü ildə BAM-ın tikintisində iştirakına görə Heydər Əlirza oğlu Əliyevə verilən şəhadətnamə.

31. VƏSİQƏ

Yoldaş Heydər Əlirza oğlu Əliyev BAM-ın qatar xəttininaçılışında iştirakına görə “Qızıl nişanla” təltif olunsun.

Hərbi şurada Dəmir yol ordusu siyasi idarəsi

28 aprel 1984-cü il.

BAM-ın tikintisi 1984-cü ildə Heydər Əliyevin zəhməti və gərgin əməyi nəticəsində başa çatdırılmışdır.

32. BİLET.

28 aprel 1984-cü ildə Heydər Əliyev BAM marşurutu üzrə ilk qatarın birinci vaqonunun, birinci yerinin fəxri sərnişini olmuşdur.

33. BİLET.

Heydər Əliyev 29 oktyabr 1977-ci ildə “ Lena- Ulkan” marşurutunun ilk qatarının sərnişini olmuşdur.

34. BİLET.

BAM-nın Baş rəisi Moxotov tərəfindən Əliyev Heydər Əlirza oğluna “ UST-KUM- komsomolsk-na-Amure” magistralı üzrə fəxri sərnişin bileti.

35. BİLET.

27 oktyabr 1984-cü ildə Baykal Amur Dəmir yol magistralı üzrə “ Lena” stansiyasından “ Komsamol –na Amure” stansiyasına kimi ilk qatarın sərnişin bileti