ASTARA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ NİGAH MƏRASİMİ

10 Oktyabr 2014-cü il tarixdə Astara Heydər Əliyev Mərkəzində Astara rayonunda anadan olmuş hərbiçi Quliyev Eldar Fərzəli oğlu və Astara Maşxan kəndində anadan olmuş Şükürova Vüsalə Nazim qızının nigahı qeyd olunmuşdur.

Hal hazırda E. Quliyev N saylı hərbi hissənin manqa komandiri vəzifəsində çalışır. Nigah mərasimində Astara VVAQ şöbəsinin müdiri İbrahim Həbibov, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova yeni ailə quran gəncləri təbrik etmiş, onlara ailə səadəti arzulamışlar. Yeni ailə quran gənclər nigah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirildiyi üçün öz dərin təşəkkürlərini bildirmişlər.