İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARI (İKT) VƏ QLOBALLAŞMA

Rayon İcra Hakimiyyəti və Astara Pedaqoji Kolleci ilə birgə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “İnformasiya-Kommunikasiya texnologiyaları (İKT) və Qloballaşma” mövzusunda elmi konfrans keçirilmişdir.

Konfrans iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət etmişlər. Onlar Ulu Öndərin büstü qarşısına tər gül-çiçək dəstələri düzmüş, Ümummilli liderin keçdiyi mənalı və zəngin həyat yolunu əks etdirən stendlə tanış olmuş, Mərkəzdə fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmışlar. Tədbir iştirakçıları üçün “Əbədiyyət yollarinda” adlı sənədli film nümayiş olunmuşdur.