KOMPUTER OYUNLARI ÜZRƏ IX MİLLİ ÇEMPİONAT

07.07.14-cü il tarixdə Astara Heydər Əliyev Mərkəzində Komputer oyunları üzrə IX Milli Çempionatı keçirilmişdir.

Çempionat Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Kiber İdman Federasiyası tərəfindən təşkil edilmişdir. Çempionatda yaşı 14-dən 29-dək olan gənclərdən ibarət komandalar və fərdi oyunçular iştirak etmişlər. Çempionatın keçirilməsində məqsəd gənclərin intelektual səviyyəsini, dünya görüşünü, internet, komputer texnologiyaları sahəsində biliklərini artırmaq, eləcədə asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. Çempionatın sonunda qalib olan oyunçulara fəxri fərmanlar təqdim olunmuşdur.