18 SENTYBAR MİLLİ MUSİQİ GÜNÜ

18.09.2012-ci il tarixində Astara Heydər Əliyev Mərkəzində Milli Musiqi Günü münasibətilə “Bizim musiqimiz xalq musiqisi, folklor musiqisi çox rəngarəngdir, çox zəngindir” (Heydər Əliyev) mövzüsunda tematik söhbət keçirilmişdir. Tədbirdə Astara uşaq musiqi məktəbinin kollektivi iştirak etmişdir. 

Heydər Əliyev Mərkəzinin direktoru  tədbir iştirakçılarını təbrik etmiş, Ulu Öndər Heydər Əliyevin Azərbaycan musiqisinə verdiyi dəyərdən söhbət açmışdır. O bildirmişdir ki, ulu öndər daima musiqiçilərin, bəstəkarların əməyini yüksək qiymətləndirmiş onları fəxri adlarda  təltif etmişdir. Heydər Əliyev Mərkəzinin baş elmi işçisi E.Quliyeva   “Bizim musiqimiz xalq musiqisi, folklor musiqisi çox rəngarəngdir, çox zəngindir” (Heydər Əliyev) mövzüsunda məruzə etmişdir.   Daha sonra tədbir iştirakçıları “Heydər Əliyev və mədəniyyətimiz” mövzüsunda sənədli filmə baxmışlar.