18 OKTYABR DÖVLƏT MÜSTƏQİLİYİ GÜNÜ

17 Oktyabr 2015-ci il tarixdə Astara Heydər Əliyev Mərkəzində 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqiliyi günü münasibətilə “Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir” (Heydər Əliyev) mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Kübra Səmədova açdı. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi və “Əbədilik yolu” adlı film nümayiş olundu. Mərkəzin baş fond mühafizi Elza Kazımova “Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir” mövzusunda məruzə ilə çıxış etdi. Sonra məruzə ətrafında söz, Mərkəzin bələdçisi Cəmalə Məmmədovaya və Astara Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılovaya verilmişdir