OFTALMOLOQ ALİM ZƏRİFƏ XANIM ƏLİYEVANIN 93-CÜ İL DÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

26 Aprel 2016-cı il tarixində Astara Heydər Əliyev Mərkəzində aftalmoloq alim Zərifə xanım Əliyevanın 93-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Mərkəzdə yerləşən büstü önünə gül-çiçək dəstələri qoymuşlar. Tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulova açmış, Akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və “Zərifə xanım Əliyevanın həyat yolu” adlı fiim nümayiş olunmuşdur. Astara rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səlimə Nəsirova “Dünya şöhrətli alim Zərifə xanım Əliyeva” mövzusunda məruzə ilə çıxış etdi. Tədbirdə çıxış edən Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, şəhər 1 saylı orta məktəbin direktoru Xədicə Əliyeva, Astara Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri Nüşabə Mirzəyeva, Artuba kənd kitabxanasının direktoru Sakitə Əliyeva, şəhər 4 saylı tam orta məktəbinin direktoru Rəna Hüseynova gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti haqqında danışmışlar.